ABŞ-da fəal quyu sayı azaldı - NEFT BAHALAŞDI

Xam neftin qiymətlərində bahalaşma qeydə alınıb.

 

APA TV-nin məlumatına görə, neftin dəyər qazanmasında əsas səbəblərdən biri ABŞ-da fəal quyu sayının azalmasıdır. Ötən həftə sondaj quyu sayı 804-dən 797-yə enib. Beləliklə, ölkədə son 10 həftədə fəal quyu sayı ikinci dəfə azalıb.

 

Hazırda "Brent" markalı neft 69,44 dollardan satılır. Bu markadan olan neft dünən 68,94 dollardan təklif edilirdi. Qərbi Texas nefti isə 64,67 dollardan 64,89 dollara bahalaşıb.

 

Azərbaycan nefti isə ucuzlaşıb. "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 83 sent itirərək 70,86 dollar təşkil edib.

Müəllif | Apa.Tv
Elvin Bayramlı