Fransa PYD/YPG-yə dəstək məqsədilə Menbiçə ordu göndərir

Fransa PYD/YPG-yə kömək məqsədi ilə Suriyanın Menbiç bölgəsinə ordu göndərməyi qərara alıb.


APA TV-nin məlumatına görə, bu barədə "Parisien" nəşrinə Parisdə səfərdə olan "Suriya Demokratik Qüvvələri"nin (SDQ) nümayəndə heyətinin üzvü bildirib.

 

Qeyd edək ki, ötən gün Fransa prezidenti Emmanuel Makron SDQ nümayəndə heyətini qəbul edib.
 

Hərbçilərin sayı açıqlanmır. Məlumata görə, əməliyyat ABŞ hərbçiləri ilə razılaşdırılacaq.   

Qeyd edək ki, Türkiyə Milli Təhlükəsizlik Şurası PYD/YPG-nin dərhal Menbiçdən çıxarılmasını istəyir. Tələb yerinə yetirilməyəcəyi təqdirdə Ankara bölgədə hərbi əməliyyat keçirəcəyini bəyan edib.

Müəllif | Apa.Tv
Apa.tv