Türkiyədə PKK ilə döyüş - 6 ŞƏHİD, 7 YARALI
Türkiyənin Siirt vilayətində PKK ilə döyüş olub. APA TV-nin məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrindən bildirilib.
Terrorçular Siirtin Eruh qəsəbəsi yaxınlığında təhlükəsizlik xidməti aparan kənd qarovulçularına hücum edib. Hücum nəticəsində onlardan 6-sı öldürülüb, 7-si yaralıdır.
Terrorçular Siirtin Eruh qəsəbəsi yaxınlığında təhlükəsizlik xidməti aparan kənd qarovulçularına hücum edib. Hücum nəticəsində onlardan 6-sı öldürülüb, 7-si yaralıdır.
Dövlət dəstəkli özünümüdafiə dəstələrinin üzvləri bölgədə yerləşən Ormanardı hərbi bazasına yol çəkilməsində istifadə edilən texnikanı qoruyub.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb, vəziyyətlərinin ağır olduğu bildirilir.
Bölgədə geniş anti-terror əməliyyatlarına başlanıb.