Yəməndən Səudiyyəyə daha bir raket zərbəsi - ÖLƏN VƏ YARALILAR VAR

Səudiyyə Ərəbistanına ballistik raketlərlə hücum olub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Səudiyyənin dövlət televiziyası - "Əl-İhbariyə" xəbər verib.

 

Yəməndə husilərin mövqelərindən Səudiyyə Ərəbistanının Cazan bölgəsinə ballistik raket zərbəsi endirilib.

Husilərin "Aramco" neft şirkətinə məxsus benzindoldurma məntəqəsini hədəf seçdiyi bildirilir.

 

Ölkənin Müdafiə Nazirliyi raketin zərərsizləşdirildiyini bildirsə də, zərbə nəticəsində bir yaşayış binasında dağıntı meydana gəlib, 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Müəllif | Apa.Tv
Apa.tv