Moskvada AZƏRBAYCANLI MİLYARDERLƏRİN BAZARI YANDI

Moskvadakı "Sadavod" Ticarət mərkəzində güclü yanğın baş verib. Mərkəzin 300  kv metr ərazisi alovun içində qalıb. APA TV-nin "RİA Novosti"-yə istinadən məlumatına görə, hadisə yerinə 16 yanğınsöndürmə briqadası cəlb edilib. Hələlik xəsarət alanlar barədə məlumat verilmir. Ərzaq məhsulları ilə dolu olan pavilyonlar tamamilə yanıb. Fövqəladə Hallar Nazirliyi "Sadavod" Ticarət Mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayaraq, ətrafda yaşayan sakinlərə qapı və pəncərələrini bağlamağı məsləhət görüb. Hələlik 12 böyük ticarət pavilyonunun yandığı bildirilir. Digər obyektlərə keçən yanğının qarşısı isə alınıb. 

 

"Sadavod" Ticarət Mərkəzi keçmiş "Çerkizov" bazarının sahibləri, iş adamları Zarax İliev və azərbaycanlı milyarder Qod Nisanova məxsusdur. 

Müəllif | Apa.Tv