ABŞ-ın yeni viza tələbi: "FACEBOOK" PAROLUNU VER!

ABŞ ölkəyə səfər edəcək şəxslərə qarşı yeni tələblər irəli sürüb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, yeni qaydanın ümumilikdə 15 milyon əcnəbini əhatə edəcəyi bildirilib.

 

Dövlət Departamentində müzakirə olunan təklifə görə viza üçün müraciət edəcək şəxslərdən sosial şəbəkələrdəki son 5 illik fəaliyyətlə bağlı hesabat tələb olunacaq.

 

Viza üçün müraciət edən istifadəçilər sosial şəbəkələrdəki hesabların istifadəçi adı və şifrəsi, elektron poçt ünvanı və telefon nömrəsini anketdə göstərməlidir.

 

Qeyd edək ki, yeni qaydalar diplomatik və rəsmi vizalara tətbiq olunmayacaq.

Müəllif | Apa.Tv
Apa.tv