Xarkovda "Ağdam" restoranının qarşısında atışma: AZƏRBAYCANLI ÖLDÜRÜLDÜ
Ukraynanın Xarkov şəhərində azərbaycanlı öldürülüb.
APA TV-nin Ukrayna mətbuatına istinadən məlumatına görə, insident bakılı məşhur alim Lev Landaunun adını daşıyan küçədə yerləşən "Ağdam" restoranının qarşısında qeydə alınıb. Restorandan çıxan təxminən 10 nəfərə avtomat silahdan atəş açılıb. Nəticədə bir nəfər ölüb, bir nəfər yaralanıb.
Şahidlərin ifadəsinə görə, atəş açan şəxs avtomobildə olub.
Faktla bağlı cinayət işi açılıb.
Ukrayna mətbuatı xəsarət alanın gürcü olduğunu yazır.