Putinin bəhs etdiyi raketin sınağı - REAL VİDEO

Rusiya "Sarmat" adlandırdığı qitələrarası ballistik raketlərini testdən keçirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi rəsmi "Twitter" səhifəsində  video yayıb.

 

Pletesk kosmodromundan göndərilən raket, "Sarmat"ın sayca 2-ci atış testidir.

 

Qeyd edək ki, "Sarmat"a 10-20 aralığında nüvə başlığı yerləşdirilə bilir və 7-16 min km aralığında istənilən hədəfi məhv etmək gücünə malikdir.

 

2020-ci ildə tam hazır vəziyyətə gətiriləcək raketlər hərəsində 10 nüvə başlığı ilə ölkənin 6 bölgəsində yerləşdiriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv