"Lotu Quli"ni söyən azərbaycanlı Fransada güllələndi
Fransanın Tuluza şəhərində yaşayan azərbaycanlı Rahim Namazov (Şəkinski) güllələnib.
APA TV-nin məlumatına görə, R. Namazov həyat yoldaşı ilə avtomobildə gedərkən naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahdan atəşə tutulub.
Hadisə nəticəsində R. Namazovun həyat yoldaşı yerindəcə keçinib, özü isə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Fransa saytları R. Namazovu jurnalist kimi təqdim etsə də, o, uzun müddətdir, sosial şəbəkələrdə Rahim Şəkinski adı ilə tanınıb və kriminal aləmin məşhur simalarını, xüsusilə Nadir Səlifovu (Lotu Quli) ağır təhqir edən video və səs yazıları yayıb.