Ərdoğan: "Makron başından böyük danışıb"

"Türkiyə ilə Suriya Demokratik Qüvvələri (SDQ) arasında vasitəçi ola bilərik" cümləsini kim dilə gətiribsə başından böyük danışıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu fikri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarının açıqlamalarına cavab olaraq bildirib.

 

Ərdoğan deyib ki, Türkiyə terror təşkilatları ilə mübarizəni masa ətrafında yox, Afrində olduğu kimi aparır və aparacaq: "SDQ dediyiniz qruplaşma bir terror təşkilatıdır. Biz bunların keçmişini bilirik. Yuvalarını tanıyırıq. Heç kəs bizi, silahlı qüvvələrimizi dayandıra bilməyəcək".

 

Türkiyə prezidenti əlavə edib ki, bu mövqeyindən sonra Fransanın heç bir terror təşkilatından, heç bir terrorçudan, heç bir terror aktından şikayətçi olmağa haqqı yoxdur.

Müəllif | Apa.Tv
Elvin Bayramlı