Aydın Əliyev Sabirabadda vətəndaşları qəbul edib
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Sabirabadda vətəndaşları qəbul edib.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəbulda Sabirabad, Şirvan, Saatlı, İmişli və Beyləqan rayonlarının sakinlərini, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin gömrük məsələləri ilə bağlı müraciətlərini dinləyib.
Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.