Çinin ən nəhəng kosmik gəmisi nəzarətdən çıxdı - YERƏ ÇIRPILACAQ
Çinə məxsus kosmik gəmi yerə çırpılacaq.
APA TV-nin "BBC news"a istinadən məlumatına görə, Çinin uzaq məsafədən idarə olunan kosmik gəmisi "Tiangong-1"lə əlaqə itib.
10 m-dən çox uzunluğa və 8 ton ağırlığa malik kosmik gəmi Çinin istehsal etdiyi ən iri fəza mexanizmlərindən biri hesab olunur və yaxın günlərdə yerə çatacağı güman edilir. Çin rəsmilərinin bildirdiyinə görə, kosmik gəmi ilə əlaqəni bərpa etmək mümkün deyil.
Qeyd edək ki, "Tiangong-1" artıq atmosferə daxil olub.
Birləşmiş Krallığın Kosmik Mərkəzinin professoru Riçard Krouter iddia edib ki, "Tiangong-1" geniş həcmə malik olsa da, yer kürəsinə çatanadək yanaraq öz həcmini itirəcək və dənizə düşəcək.