Pilləkəndən yıxılan 28 yaşlı gənc öldü - ASTARADA FACİƏ

Astarada yıxılaraq kəllə-beyin travması alan şəxs xəstəxanada ölüb. APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə rayonun Motlayataq kəndində baş verib.

 

Qohumlarının evinə qonaq gələn 28 yaşlı Əlyar Bəxtiyar oğlu Nurəliyev telefonla danışan zaman pilləkəndən yıxılıb. Baş nahiyəsindən xəsarət alan Əlyar Nurəliyev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib. Mərhum ailəli olub, bir övladı var. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elnur Ələkbərov