Lənkəranda 38 yaşlı kişi intihar etdi
Lənkəran sakini intihar edib. APA TV-nin cənub bürosunun xəbərinə görə, hadisə rayonun Digah kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 38 yaşlı Mais Mirkazım oğlu Əsgərov evində özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkar olunub, müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Məlumata görə, iki uşaq atası olan Mais Əsgərov 17 il öncə ailə həyatı qurub, həyat yoldaşından iki il əvvəl ayrılıb.
Faktla bağlı araşdırma aparılır.