Siyəzəndə ACINACAQLI VƏZİYYƏTDƏ YAŞAYAN AİLƏYƏ yardım edildi
Azərbaycanda acınacaqlı durumda olan bir ailəyə yardım edilib. "APA Holding"in nəzdindəki Lent.az saytında bir neçə gün əvvəl Siyəzənin Həmyə kəndində Qurbanzadələr ailəsinin çətin durumda olduğu barədə geniş reportaj yer alıb. Yazı yayımlanan gündən sonra insanlar bu ailəyə yardım etmək üçün redaksiyaya müraciət etməyə başlayıblar. APA TV-nin xəbərinə görə, artıq kömək etmək istəyənlərin yardımları həmin ailəyə çatdırılıb.
İndi ailənin bir aylıq azuqəsi, qışın minimum tələbatını ödəyəcək qalın qış geyimləri var. Bundan başqa, uşaqlar üçün oyuncaqlar, kitab-dəftər, evin qadını üçün qızıl-zinət əşyaları, ailə üçün digər əşyalar ailəyə verilib. Evin xanımı İlahə Qurbanzadə yardımlara görə hər kəsə təşəkkür edib.
Növbəti aydan ailə ünvanlı sosial yardım da alacaq. Ailənin yaşadığı evin sənədləri ilə bağlı problem də tezliklə həllini tapacaq.