Balakəndə 2-ci sinif şagirdini maşın vurub - DƏRSDƏN QAYIDIRMIŞ
Balakəndə dərsdən qayıdan 2-ci sinif şagirdini avtomobil vurub. APA TV-nin məlumatına görə, rayonun Qullar kənd sakini, 2010-cu il təvəllüdlü Ərbasyev Şirin Əli oğlu yolu keçmək istəyən zaman rayonun Mahmalar kənd sakini Şirin Yekəyevin idarə etdiyi “VAZ 2106” markalı avtomobilin zərbəsi ilə üzləşib.
Xəsarət alan 2-ci sinif şagirdi Ş.Ərbasyev onu vuran avtomobilin sürücüsü tərəfindən Balakən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər azyaşlıya sağ çanaq sümüyünün sınığı diaqnozu təyin edib, hazırda vəziyyəti ora-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.