İsrail Qəzzanı top atəşinə tutdu - ÖLÜ VƏ YARALI SAYI ÇOXDUR

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 16 nəfər ölüb, azı 1400 nəfər də xəsarət alıb.

 APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyi məlumat verib.

Məlumata əsasən, İordan çayının qərb sahili və Qəzza zolağında vəziyyət cümə namazından sonra gərginləşib. İsrail hökuməti vəziyyətin gərginləşməsində “HƏMAS”ı günahlandırıb. 

İsrail ordusu “HƏMAS” hərəkatı və “İslami Cihad” qruplaşmasının Qəzzadaki mövqelərini artilleriya atəşinə tutub.

Qeyd edək ki, Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib. Ötən gün isə Qəzza zolağında ənənəvi "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçirib.

Müəllif | Apa.Tv
Apa.tv