Səudiyyə vəliəhdi bəyan etdi: "İranla müharibəyə başlayacağıq"
"İranla yaxın illər ərzində müharibəyə başlaya bilərik". APA TV-nin məlumatına görə, bunu "Wall Street Journal"a Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman açıqlayıb.
O, Qərbi İrana qarşı daha sərt davranmağa və yeni sanksiyalar tətbiq etməyə çağırıb.
"Onları ancaq bu addımlarla yola gətirmək olar, əks halda müharibə qaçılmazdır və bu, ən geci 10-15 il içərisində baş verəcək" - deyə, o əlavə edib.
Xatırladaq ki, vəliəhd bundan öncə İrana qarşı ölkəsinin nüvə silahı istehsalına başlayacağını bəyan edib. Bundan əlavə o, İranın ali dini lideri Əli Xamneyini "Yaxın Şərqin Hitleri" adlandırıb.
Qeyd edək ki, 32 yaşlı vəliəhd ABŞ-da səfərdədir. Səfər çərçivəsində Məhəmməd bin Salman adı çəkilən ölkədəki yəhudi lobbisi ilə görüşlər keçirib.