Ərdoğan Trampla telefonla danışdı, ABŞ PYD/YPG-yə dəstəyi dayandırdı
ABŞ prezidenti Donald Tramp PYD/YPG-yə dəstək məqsədilə ayrılan 200 milyon dollar yardımın dondurulmasına qərar verib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Ağ Evdən bildirilib.
Qərar artıq imzalanıb və icraat üçün Dövlət Departamentinə göndərilib.
Donald Trampın "Suriyadan çəkiləcəyik" açıqlamasından sonra bu qərarın verildiyini bildirən bəzi ekspertlər, İŞİD-ə qarşı mübarizənin getdikcə çətinləşdiyini və yeni planın hazırlanmalı olduğunu da qeyd ediblər.
Xatırladaq ki, eyni gündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.