Azərbaycanın şimal rayonlarına güclü qar yağıb - BÖLGƏDƏN GÖRÜNTÜLƏR

Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsində hava şəraiti kəskin dəyişib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, bölgəyə güclü qar yağıb.
 

Quba və Qusarın dağlıq ərazilərinə 26 sm qalınlığında qar düşüb. Havanın temperaturu mənfi 1-6 dərəcə arasında dəyişir.

 

Qubanın Xınalıq kəndinə 26 sm, Qırız kəndində 17 sm, Qusarın Ləzə kəndində isə 20 sm qalınlığında qar yağıb.

Quba və Qusarın rayon mərkəzində isə qarın hündürlüyü 3-9 sm-dir.  

 

Müəllif | Apa.Tv
Vəli Turan