PYD/YPG Fransada yüksək səviyyədə qəbul edilib - YELİSEY SARAYINDA

PYD/YPG terrorçularının əsasını təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) nümayəndələrinin Fransa prezidenti Emmanuel Makron ilə görüşündən öncə çəkilən fotoları yayılıb.

APA TV-nin məlumatına görə, foto Yelisey sarayının önündə çəkilib.

7 nəfərlik heyət Fransa paytaxtı Parisdə Makronla görüşüb. Foto Fransa ilə Türkiyə arasında böhrana səbəb olan görüşdən öncə çəkilib.

Görüşdən sonra verilən açıqlamada Fransa tərəfi PYD/YPG-yə dəstək sözü verərək "vasitəçilik" təklifi etmişdi. SDQ-dən verilən açıqlamada isə, Fransanın Menbiçə ordu göndərəcəyi iddia edilmişdi.

Parisdəki görüşə və Makronun vasitəçilik təklifinə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu sərt etirazını bildirmişdi.

Müəllif | Apa.Tv
Elvin Bayramlı