Husilər Səudiyyəni vurmağa başladı - BOMBARDMAN İKİ GÜNDÜR DAVAM EDİR
Yəmən ərazisindən Səudiyyə Ərəbistanına növbəti dəfə raket zərbələri endirilib. APA TV-nin "Əl Arabia" telekanalına istinadən məlumatına görə, raketlər Yəməndəki husi mövqelərindən atılıb.
Zərbələrin hədəfi Nəcran şəhərindəki hərbi baza olub.
Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi raketin havada zərərsizləşdirildiyini bəyan edib.
Xatırladaq ki, Səudiyyə ərazisi dünən də Yəməndən atılan raket zərbələrinə məruz qalıb. Bombardman nəticəsində Cazan bölgəsində bir nəfər ölmüş, iki nəfər yaralanmışdı.