Ağcabədiyə dolu yağıb
Ötən gün ölkə ərazisində baş verən güclü qasırğa Ağcabədi ərazisində dolu yağması ilə müşahidə olunub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, dolu əsasən rayonun Gələbədinli və Qiyamadınlı kəndləri ərazisinə daha çox yağıb.
Yağan dolunun qalınlığı bəzi yerlərdə 10-15 sm olduğundan, bir neçə saat yerdə qalıb. Xırda buz parçaları əkinə, xüsusilə taxıl və yonca sahələrinə ziyan vurub.
Sahələrdə çalışan insanlar və otlaq sahələrində olan mal-qaranın xəsarət alması faktı qeydə alınmayıb.