Şəmkirdə iki maşın toqquşdu, 60 yaşlı qadın öldü

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.

 

Hərəkətdə olan “VAZ-2104” markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində “VAZ”-ın sürücüsü bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı, 60 yaşlı Liba Niftəliyeva isə xəstəxanaya aparılarkən yolda ölüb.


Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli