23 yaşlı gəlin FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ
Göyçay rayonunda 23 yaşlı qadın bədbəxt hadisə nəticəsində ölüb. APA TV-nin məlumatına görə, hadisə Göyçay rayonunun Alxasafa kəndində qeydə alınıb. Kənd sakini, 1990-cı il təvəllüdlü Aysel Ağayeva hamam otağındakı odun sobasının səhv quraşdırılması səbəbindən içəridə yaranan dəm qazından zəhərlənərək dünyasını dəyişib. Aysel Ağayevanın həyat yoldaşı onun bir saatdan artıq hamamda səssiz qalmasından narahat olub və qapını sındıraraq içəri daxil olarkən onu huşsuz vəziyyətdə yerə yıxıldığını görüb. Dərhal evə çağırılan həkimlər qadını müayinə edərkən onun öldüyünü bildiriblər.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
İki azyaşlı uşaq anası olan Aysel Ağayeva 4 il öncə İsmayıllı rayonundan Göyçaya gəlin gəlib.