Lənkəranda "Shacman" minik avtomobili ilə toqquşdu - BİR AİLƏNİN 6 ÜZVÜ ÖLDÜ
Lənkəranda 6 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, rayonun Gərmətük kəndi ərazisində qeydə alınan qəza zamanı "Ford" markalı yük avtomobili ilə "Mitsubishi" markalı minik maşını toqquşub.
Nəticədə minik maşınında olan 6 nəfər Ləj kənd sakinləri Faiq Aslanov, Fikrət Aslanov, Namiq Aslanov, Xanımgül Aslanova, Mərziyyə Aslanova və Məsmə Aslanova dünyasını dəyişib. Onların qohum ailənin üzvləri olduğu deyilir.
Yük maşınının sürücüsü Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Cəfərov Natiq Təvəkkül oğlu və 7 yaşlı Aslanov Ülvi Faiq oğlu isə xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.