Lerikdə sakinlər meşədən kişi meyiti tapdılar - ASILMIŞ VƏZİYYƏTDƏ

Lerikdə meşədə asılmış vəziyyətdə naməlum kişi meyiti tapılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, meyit kənd sakinləri tərəfindən aşkar olunub.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Meyit müayinə olunması və şəxsiyyətinin müəyyən edilməsi üçün məhkəmə tibb ekspertizasına təqdim edilib. Müəyyən edilib ki, meyiti tapılan şəxs Veri inzibati ərazi vahidinə daxil olan Küsəkəran kənd sakini, 1966-cı il təvəllüdlü İsayev Tofiq Hüseyn oğludur.

Məlumata görə, T. İsayev Bakı şəhərində yaşayıb, bir neçə gün əvvəl kəndə qardaşıgilə gəlib. Mərhum ailəli olub və 3 övladı var imiş. Hadisənin hansı şəraitdə baş verməsi isə hələ ki məlum deyil.

Müəllif | Apa.Tv
Apa.tv