Qubada yol qəzasında ata və oğlu xəsarət alıb

Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun Qubanın Paşa Oba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Shacman" markalı yük maşını ilə minik maşını toqquşub.

Avtoqəza nəticəsində minik maşınında olan ata və azyaşlı oğlu xəsarət alıb. 1989-cu il təvəllüdlü Xalid Məmmədov və onun 3 yaşlı oğlu ilkin tibbi yardımdan sonra Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv