Küveytdə iki avtobus toqquşdu - 15 ÖLÜ
Küveytdə ağır yol qəzası qeydə alınıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, hadisə paytaxt Əl-Küveyt şəhərinin şimalındakı “Artel Highway” şosesində baş verib.
Neft şirkətlərində çalışan fəhlələri daşıyan iki avtobusun toqquşması nəticəsində 15 nəfər hadisə yerində ölüb,daha 4-ü xəsarət alıb.
Hadisə yerinə cəlb edilən xilasedicilər köməksiz vəziyyətdə qalmış 4 nəfəri xilas edib. Qəzanın səbəbləri barədə hələ ki məlumat verilmir.