Türkiyə ordusunun texnikası Afrində minaya düşdü - ŞƏHİD VƏ YARALILAR VAR

Afrində Türkiyə Silahlı Qüvvələrinə (TSQ) məxsus nəqliyyat vasitəsi minaya düşüb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, nəticədə 1 mülki əməkdaş şəhid olub, üç hərbçi yaralanıb.

Hadisə aprelin 1-də Kestele Hidirya deyilən ərazidə baş verib. Hərəkətdə olan nəqliyyat vasitəsi minaya düşərək partlayıb.

Bununla da bu ilin yanvarın 20-də start verilən "Zeytun budağı" əməliyyatı çərçivəsində TSQ-nin Suriyanın şimalında verdiyi şəhid sayı 53-ə yüksəlib.

Əməliyyatlar nəticəsində 3844 PYD/YPG terrorçusu məhv edilib.
 

Müəllif | Apa.Tv
Fərid Rəsulov