Ermənistan KİV: Aprel döyüşləri qələbəyə olan bütün inamımızı qırdı

"Köhnə bir Ermənistanı məhv edən müharibə yeni bir quruluş yaratmadı". APA TV-nin məlumatına görə, erməni mətbuatında belə bir başlıqlı məqalə dərc olunub.

 

"Dörd günlük müharibə siyasi elita istedadı, səmərəli ordu, cəmiyyətimizin döyüş ruhu barəsində olan bütün mifləri məhv etdi. Aprel döyüşləri ölkəmizdə, siyasi sistemimizdə olan bütün boşluqları göstərdi və sülhün Ermənistan üçün nə qədər vacib olduğunu sübut etdi. Ən azı 1994-cü ildən bu yana ölkəmiz bu qədər hərbi qüvvə itirməmişdi. Hakimiyyətdə olan korrupsiya və fırıldaqçılıq qələbəyə olan bütün inamımızı qırdı. Müasir dövlət qurmaq mümkün idi, ancaq mədəni, siyasi və mənəvi boşluğumuz artıq buna imkan vermir" - deyə məqalədə qeyd olunub.

 

Həmçinin məqalədəki yazıda Moskvanın Ermənistana tam dəstək olmamasının bariz nümunəsi olan aprel döyüşlərindən sonra Qarabağ barədə yeni planın işlənib hazırlandığını və siyasi sistemin "ağ  bayraq" qaldırmağa hazır olduğu vurğulanıb: "Azərbaycan 2016-cı ilin aprelində Qarabağın taleyini həll etməyə hazır idi. Müharibə bizim bütün qüsurlarımızı dünyaya göstərdi".

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov