Nəzarətdən çıxan Çin peyki okeana düşdü

Nəzarətdən çıxan Çin peyki okeana düşüb.

 

APA TV-nin məlumatına görə, "Tienqonq-1" kosmik stansiyasının atmosferə səhər saatlarında daxil olduğu bildirilir.

 

Peykin böyük bir qismi Sakit okeanın cənubunda atmosferə daxil olarkən yanaraq məhv olub.

 

Çin Kosmik Mühəndislik İdarəsindən (CMSEO) verilən açıqlamada peykin dünya atmosferinə yerli saatla 8:15-də daxil olduğu açıqlanıb. "Tienqonq-1"-un parçaları Sakit okeanın cənubuna düşüb. Çinli mütəxəssislər bir neçə gün öncə açıqlamalarında peykin heç bir parçasının yerə çatmayacağını bildirmişdilər.

 

Uzunluğu 10,4 metr, ağırlığı 8,5 ton olan "Tienqonq-1" 29 sentyabr 2011-ci ildə kosmosa göndərilib, 2016-cı ildə isə fəaliyyətini dayandırıb. Çin müxtəlif kosmik vasitələrinə birləşərək kosmik araşdırmalarda iştirak edib.

 

Qeyd edək ki, "Tienqonq-1"-in Azərbaycana qonşu olan Türkiyəyə və ya Gürcüstana düşməsi ehtimalı var idi.

Müəllif | Apa.Tv
Elvin Bayramlı