Ərdoğan hərbi forma Suriya sərhədində: İbrahim Tatlısəs onun üçün mahnı oxudu
Rəcəb Tayyib Ərdoğan hərbi formada Suriya sərhədinə gedib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Türkiyə prezidenti Hatay vilayətində polis bölməsini ziyarət edib.
Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi ilə birlikdə açıqlama verən Ərdoğan əsgərlərə səslənib və Türkiyənin onlarla fəxr etdiyini vurğulayıb. Həmçinin çıxışında Afrin şəhər mərkəzinin ələ keçirilməsini çox böyük uğur adlandıraraq, Azad Suriya Ordusu (ASO) döyüşçülərinə də göstərdikləri şücaətə görə təşəkkürünü bildirib.
Rəcəb Tayyib Ərdoğan çıxışından sonra onunla birlikdə Türk Silahlı Qüvvələrinə (TSQ) dəstək üçün gələn sənətçilərlə də görüşüb.
Məşhur müğənni İbrahim Tatlısəsin "Gördün Afrin xoş deyil, Menbiçi dolan gəl" mahnısı Türkiyə prezidentinə xoş təsir bağışlayıb və onun gülüşünə səbəb olub.
Məşhur "Yaylalar" türküsünün sözlərini dəyişərək ifa edən İbrahim Tatlısəsə digər məşhurlar da qoşulub.