Raket və artilleriya bölmələri təlimlərdə döyüş atışlı mərhələni icra edib
Raket və artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsində keçirilən təlimlərində döyüş atışları icra olunub.
MN-dən APA TV-yə verilən məlumata görə, müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq şəxsi heyət qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.