Kim Çen In xanımı ilə Cənubi Koreya pop qrupunun konsertinə baxıb
Şimali Koreya prezidenti Kim Çen In Cənubi Koreyanın məşhur pop qrupunun konsertini izləyib.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Pxenyanda keçirilən məşhur "K-pop" qrupunun konsertinə o, həyat yoldaşı ilə gedib.
"Bahar gəlir" adlı konsert 10 ildən sonra Şimali Koreyada cənubluların keçirdiyi ilk mədəni tədbirdir. İki ölkə arasında münasibətlərin normallaşdığı bir dövrdə konsertin keçirilməsi rəsmilər tərəfindən uğurlu addım kimi qiymətləndirilib.
"İnstagram"da 4,6 milyon izləyicisi olan pop qrupun konsertinə maraq böyük olub.
Qeyd edək ki, konsertdən sonra yerli mətbuat orqanları ölkə liderinin mahnıları çox bəyəndiyini qeyd edib.