Rusiya Xəzər donanmasını Həştərxandan Dağıstana köçürür

Rusiyanın Xəzər donanması bundan sonra Dağıstan Respublikasının Kaspiysk şəhərində yerləşəcək.

 

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

 

Həştərxandan Kaspiyskə köçürüləcək donanmanın hərbi qulluqçularının sayı da xeyli artacaq. Donanmanın köçürülməsi ilə əlaqədar Kaspiyskdə genişmiqyaslı tikinti işləri aparılacaq.

 

Şoyqu qeyd edib ki, donanmanın köçürülməsi Xəzər regionunda təhlükəsizliyin ciddi tərkib hissəsidir.

Müəllif | Apa.Tv
Fərid Rəsulov