Nazir: "Tədris ilinin müddəti bu il artırılmayacaq"
Azərbaycanın ali təhsil müəssisələri orta məktəb dərsliklərin hazırlanması prosesində iştirak edəcək. APA TV-nin xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov deyib ki, bununla bağlı ali təhsil müəssisələrinin rəhbərləri ilə görüşlərdə də ətraflı müzakirələr aparılıb. Dərsliklərin hazırlanmasında iştirak etməklə ali təhsil müəssisələrinin müəllimləri, peşəkar işçiləri əlavə gəlir mənbələri əldə edəcəklər: "Düşünürəm ki, biz hətta bu tədris ili üçün hazırlanan dərsliklərdə ali təhsil müəssisələrinin inkişafını daha fəal görə biləcəyik. Hazırda bunun üzərində iş gedir".
Nazir bildrib ki, bu dərs ilində tədris müddətinin artırılması ilə bağlı heç bir dəyişiklik olmayacaq. Dərs ilinin müddətinin növbəti tədris ilindən 2-3 həftə artırılması gözlənilir.
O qeyd edib ki, inkişaf etmiş bir çox ölkə ilə müqayisədə Azərbaycanda akademik il çox qısadır ki, bu da şagirdlərə əlavə tədris yükü deməkdir.