Rusiya yeni silahlarını Qazaxıstanda sınaqdan keçirdi - REAL VİDEO

Rusiya yeni hava hücumundan müdafiə sitemini sınaqdan keçirib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi videogörüntü yayıb.
 

Qazaxıstanda keçirilən ballistik raketlər əleyhinə müdafiə sisteminin sınaq vuruşu uğurla başa çatıb.

Sari Şaqan bölgəsində test edilən sistem Moskvanı nüvə hücumundan qorumaq  məqsədi ilə hazırlanıb.
 

Rusiya Hava Qüvvələri komandanı general Prixodko yeni hava hücumundan müdafiə kompleksinin təyin olunan hədəfi vaxtında məhv etməsi ilə sınağın olduqca uğurlu keçdiyini bildirib.

Müəllif | Apa.Tv
Fərid Rəsulov