Fransa Menbiçə xüsusi təyinatlılar göndərdi, PYD/YPG Tel Rıfatı Əsədə təhvil verdi

Fransa Suriyaya xüsusi təyinatlı hərbçilər göndərib.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Menbiçə göndərilən 50 hərbçi 4 təyyarə ilə gətirilib.

Hərbçilərin cümə günü göndərildiyi qeyd olunur.

 

Türkiyə mətbuatı isə menbiçlilərin buna etiraz üçün Ankaradan işarə gözlədiyini yazır.

 

Bu arada PYD/YPG Tel Rıfat şəhərini Suriya ordusuna təhvil verib. Hazırda Tel Rıfat Bəşər Əsədə sadiq qüvvələrin nəzarəti altındadır.

 

Qeyd edək ki, martın 27-də Türkiyə mətbuatı  Türkiyə ordusu və müxalif Azad Suriya Ordusunun (ASO) Tel Rıfat bölgəsini  PYD/YPG-dən təmizləmək üçün əməliyyata başladığını və həmin gün şəhər mərkəzi də daxil olmaqla, bölgənin nəzarət altına götürüldüyü barədə məlumat yayıb. Ancaq məlumat təsdiqini tapmayıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı