Oğuzda itkin düşən 24 yaşlı gənc asılmış vəziyyətdə tapıldı
Oğuzda iki həftədən çoxdur itkin düşən şəxsin meyiti meşədə ağacdan asılı vəziyyətdə tapılıb.
APA TV-nin məlumatına görə, rayonun Xaçmaz kənd sakini, 1994-cü il təvəllüdlü Qorxmaz Qurbanəli oğlu İsmayılovun meyiti bu gün saat 11:00 radələrində yaşadığı kəndin inzibati ərazisində, Qala çayın sahilində meşəlik-kolluq ərazidə atası tərəfindən ağacdan asılı vəziyyətdə aşkar edilib.
Son vaxtlar əsəb xəstəliyindən əziyyət çəkən 24 yaşlı Qorxmaz İsmayılovun intihar etdiyi məlum olub.