Xələf Xələfov: "İranla sərhədə aid müəyyən məsələləri müzakirə edəcəyik"

"İranla Azərbaycan arasında sərhəd məsələsinin həlli konkret komissiyanın iclasından asılı deyil".

 

APA TV-nin xəbərinə görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan-İran dövlətlərarası birgə sərhəd komissiyasının iclası ilə bağlı açıqlama verərkən deyib. Onun sözlərinə görə, komissiyada sərhəd məsələlərinin əlaqələndirilməsi və müzakirəsi aparılır: "Komissiyanın iclası başlayıb, mən də orada iştirak etmişəm. Gündəlikdə sərhədə aid müəyyən məsələlər müzakirə olunacaq. O cümlədən sərhəd körpüləri, sərhəd çaylarının istifadəsi məsələləri, digər sərhəd-keçid məntəqələrinin fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunacaq ki, burada hər iki ölkənin xarici işlər nazirliklərinin hüquq departamentlərinin rəhbərləri başçılıq edir. Komissiyanın işində bizim bütün müvafiq qurumların ekspertləri və mütəxəssisləri iştirak edirlər".

 

Nazir müavini qeyd edib ki, amma konkret məsələlər müvafiq qurumlar arasında müzakirə olunur.

 

Müəllif | Apa.Tv