Bakıda idarəetmədən çıxan avtomobil qəzaya uğrayıb
Bakının Nərimanov rayonunda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, avtoqəza Heydər Əliyev prospektində qeydə alınıb.
Taksi fəaliyyəti ilə məşğul olan Çingiz Feyzullayevin idarə etdiyi "Hyundai" markalı minik avtomobili şəhərin mərkəzindən metronun "Koroğlu" stansiyası istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və yolayırıcı bardürə çırpılıb.
Hadisə nəticəsində sürücü yüngül xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.