Paytaxtda sürücü diqqətsizliyi yol qəzası ilə nəticələnib
Bakının Nəsimi rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin verdiyi xəbərə görə, avtoqəza Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsində qeydə alınıb.
"Azsamand" və "BMW" markalı iki minik maşınının toqquşması zamanı xəsarət alan olmasa da, nəqliyyat vasitələrinə ziyan dəyib.
Hadisəyə səbəb kimi Ə.Topçubaşov küçəsi ilə hərəkət edən "Azsamand"ın sürücüsünün Ş.Əzizbəyov küçəsi ilə gəlməklə hərəkət üstünlüyünə sahib olan digər avtomobilə yol verməməsi göstərilir.
Avtoqəzanın təfərrüatları YPX əməkdaşları tərəfindən araşdırılır.