Ziya Bünyadov prospektində sürücü aşırdığı avtomobili ataraq gedib
Bakının Nərimanov rayonu ərazisində avtomobil aşıb. APA TV-nin məlumatına görə, yol qəzası Ziya Bünyadov prospektində baş verib.
Etibar Rzayevin adına qeydiyyatda olan "Hundai Sonata" markalı minik avtomobili prospektlə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxıb və bardürlərə dəyərək aşıb. Bundan sonra sürücü ərazidən uzaqlaşıb. Onun xəsarət aldığı və xəstəxanalardan birinə aparıldığı ehtimal edilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. İlkin ehtimal kimi avtoqəzaya yüksək sürətin səbəb olduğu deyilir.