İrəvanda kafedə partlayış oldu - 5 ƏCNƏBİ YARALANDI
İrəvanda partlayış baş verib. APA TV-nin verdiyi xəbərə görə, partlayış “Burger King” kafesində qeydə alınıb.
Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib. Baş vermiş partlayışın səbəbi hələlik məlum deyil. İlkin məlumata görə, kafedə qaz balonu partlayıb.
Partlayış nəticəsində ikisi uşaq olmaqla 9 nəfər xəsarət alıb. Onlardan 3 nəfəri Rusiya, 2 nəfəri isə İran vətəndaşlarıdır.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb.