ABŞ-da iki təyyarə toqquşdu - ÖLƏNLƏR VAR

ABŞ-ın İndiana ştatında iki təyyarə toqquşub.

 

APA TV-nin NBC telekanalına istinadən məlumatına görə, hadisə Marion şəhərinin hava limanında qeydə alınıb.

 

"Cessna 150" və "Cessna 525 Citation" markalı təyyarələrin uçuş-enmə zolağında  toqquşması nəticəsində 2 nəfər ölüb.


Qəza təyyarələrdən birinin yerə endiyi, digərinin isə havaya qalxdığı zaman baş verib. İnsidentin səbəbləri müəyyənləşdirilir.

Müəllif | Apa.Tv
Ayşən Əhməd