Xələf Xələfov: "Qəbələ RLS məsələsi bitib"
"Qəbələ Radiolokasiya stansiyası ilə bağlı məsələ bitib".
APA TV-nin xəbərinə görə, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Xələv Xələfov məlumat verib. Bu məsələ ilə bağlı komissiyaya başçılıq edən nazir müavininin sözlərinə görə, komissiya qarşısına qoyulan məsələləri tam başa çatdırıb: "Bu Qəbələ Radiolokasiya stansiyasının fəaliyyətinin bitməsi ilə bağlı komissiya idi. Rusiya tərəfindən bütün tədbirləri biz görmüşük. Orada olan bütün məsələlər öz həllini tapıb. Bu stansiya bu gün fəaliyyət göstərmir. Rusiyanın komissiyada çalışan kontingenti, onların mülkiyyəti, filan- hamısı oradan çıxarılıb".
Stansiyanın Rusiya tərəfindən istismarı icarə müddətinin 2012-ci ilin 9 dekabrda bitməsi ilə bağlı 10 dekabrda dayandırılıb.