Mingəçevirdə "Moskviç" 3 qadını vurdu

Mingəçevir şəhərində 3 piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb.

 

Mağazalara çörək daşıyan “Moskviç” markalı minik avtomobili yolu keçən 3 qadını - 1978-ci il təvəllüdlü Qaraşova Yeganə Ədalət qızı, 1948-ci il təvəllüdlü Qaradilova Tamara Akif qızı və 1958-ci il təvəllüdlü Məmmədova Fəridə Məmmədəli qızını vurub. Hər üç yaralı Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli