Şərqi Quta Əsədin nəzarətinə keçdi, müxaliflər Türkiyənin azad etdiyi şəhərə çəkildi
Suriya ordusu Şərqi Qutaya bayraq sancıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bölgədə həftələrdir davam edən döyüşlərə, hava hücumlarına, bombardmanlara son qoyulub.
Müxaliflər Dəməşqin Şərqi Quta məhəlləsini tərk edib. Suriya Dövlət Televiziyası müxaliflərin Cerablusa göndərildiyini iddia edib.
Qeyd edək ki, Cerablus Türkiyə Silahlı Qüvvələri (TSQ) ilə Azad Suriya Ordusunun (ASO) "Fərat Qalxanı" əməliyyatında azad etdiyi şəhərdir.
Xatırladaq ki, BMT-nin sözçüsü Stefan Dujariç müharibə nəticəsində Şərqi Qutadan təxminən 130 min adamın qaçdığını bildirib.