İranda güclü yanğın - ÖLÜ SAYI ÇOXDUR
İranda güclü yanğın olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə İranın Huzistan əyalətinin Ahvaz kəndində baş verib.
Əsasən ərəblərin yaşadığı bölgədə baş verən yanğında 11 nəfərin öldüyü, 13 nəfərin isə ağır xəsarətlər aldığı qeyd olunur.
Yaralılar xəstəxanalara çatdırılıb.
Huzistan polisindən insidenti törətməkdə şübhəli bilinən bir nəfərin saxlanıldığı bildirilib.
Qeyd edək ki, separatizm meyllərinin güclü olduğu Huzistan əyalətində tez-tez etiraz aksiyaları keçirilir.